AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.  21 fevral 2018-ci il


15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. 15 fevral 2018-ci il


2 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir. 02 fevral 2018-ci il


Gədəbəy rayonu, Plankənd kəndində ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 6 otaqlı evin çardağı 140 m2 sahədə və 2 otağının yanar konstruksiyaları 80 m2 sahədə yanmışdır...


Bakı şəhəri, Qaradağ rayonunda "VAZ" markalı avtomobilin palçıqlı ərazidə qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olmuşdur...


Bakı şəhəri, Binəqədi rayonunda "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmış və yüksək temperaturdan yaxınlıqda olan "Mercedes” markalı minik avtomobilinin arxa hissəsi qismən qarsalanmışdır.  Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​​

Ümumi məlumat


Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2006-cı il tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə”yə əsasən, Agentlik ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə dövlət nəzarətini həyata keçirir;

 

Təhlükəsizlik

Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir;

İnkişaf

Agentliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;

Normativ tənzimləmə

Agentlik qanunvericiliklə onun səlahiyyətlərinə aid olan digər istiqamətlərdə də fəaliyyət göstərir.

Rəhbərlik haqqında məlumat


Cəbrayıl Eldar oğlu Xanlarov

Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi.

03.11.1972-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Ailəlidir. 3 övladı var.

Qəbul günləri:
hər ayın sonuncu həftəsinin cümə günü (10:00 – 12:00)

Elxan Xəlil oğlu Əsədov

Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini.

01.06.1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
Ailəlidir. 2 övladı var.

Qəbul günləri:
hər ayın birinci həftəsinin cümə günü (14:00 – 16:00)

Hüseynli Təyyar Məhərrəm oğlu

Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini.

07.12.1951-ci ildə Lənkəran rayonunda anadan olub.
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
Ailəlidir. 2 övladı var.

Qəbul günləri:
hər ayın birinci həftəsinin cümə günü (14:00 – 16:00)